“Məşədi Dadaş” məscidi nəznindəki “Darul-Hikmət” tədris mərkəzi tələbə qəbuluna başladı

Bakının "Məşədi Dadaş" məscidi nəznində fəaliyyət göstərən "Darul-Hikmət" Elm və Tədris Mərkəzi 2018/2019 tədris ili üçün tələbə qəbuluna başlayı

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 04 Avqust 2018, 15:34

Bakının "Məşədi Dadaş" məscidi nəznində fəaliyyət göstərən "Darul-Hikmət" Elm və Tədris Mərkəzi 2018/2019 tədris ili üçün tələbə qəbuluna başlayır

 

İnterAz xəbər verir ki, mərkəzin direktoru ilahiyyatçı Elşən İsmayılovun Ahlibeyt.az-a bildirib ki,tanınmış ilahiyyatçılar və mütəxəssis müəllimlərin cəlb olunacağı dərslər siyahısına 20-dən artıq fənn daxil edilmişdir.

 

Tədris Mərkəzində dərs deyən peşəkar müəllimlərin təqdimatında keçiriləcək dərslərlə yanaşı tələbələr bu tədris ilində ilhiyyatçı alim Hacı Şahin Həsənli,Hacı Əkrəm Əliyev, Rövşən Abdullaoğlu, Mail Yaqub,Təbriz Qasımov(Hüseyni) və tanınmış Quran qarisi Hacı Ruslan Qasımoivun dərslərindən faydalana biləcəklər.

 

Mərkəzdə İlahiyyat (hövzə) dərsləri ilə yanaşı xarici dillər,fəlsəfə,tarix, həmçinin ictimai fənnlər də tədris olunacaq.

 

Keçiriləcək dərslərlə yanaşı tələbələr müxtəlif mövzularda təlimlərə və mühazirələrə qatılmaq, mərkəz daxilində fəaliyyət göstərəcək kitabxanadan istifadə etmək imkanı əldə edəcəklər.

 

Dərslərdə iştirak etmək istəyənlər 03 avqust tarixindən 15 sentyabr tarixinədək, həftənin 1-6 günləri saat 15:00-dan 20:00-dək tədris mərkəzinə müraciət edə bilərlər. Mərkəzə qəbul imtahan yolu ilə həyata keçiriləcək. Qeydiyyat üçün müraciət edənlər özləri ilə şəxsiyyət vəsiqələrinin surətlərini gətirməlidirlər.

 

Dərslər 3 bölmədə keçiriləcək:

 

1.Bir illik ümumi  kurslar

 

2.İki illk təmayüllü kurslar

 

3.5-7 illk İlahiyyat(hövzə) dərsləri

 

Bu ildən mərkəz daxilində rus bölməsi fəaliyyət göstərəcək

 

Dərslərdə iştirak etmək istəyənlər "Darul-Hikmət Elm və Tədris Mərkəzi"nə müraciət edə bilərlər.Tələbə qəbulu imtahan və müsabiqə yolu ilə müəyyən olunacaq.

 

Ünvan: Bakı Şəhəri "Məşədi Dadaş" məscidi(Nizami metro stansiyası yaxınlığında)

 

Tel: +994(12) 408-63-36 ;

 

Mob: +994(77) 528-14-83

 

Mərkəz haqqında əlavə məlumat əldə etmək istəyənlər  yaxın zamanda istifadəyə veriləcək http://darulhikmet.az saytına müraciət edə bilərlər