Bakıda 62 yaşlı ərəb dünyasını dəyişib

Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbi bilinəcək

Bakı, Kəmalə Bədəlova, İnteraz - 07 Avqust 2018, 15:09

Bakıya qonaq gələn Səudiyyə Ərəbistanının vətəndaşı dünyasını dəyişib.

 

İnterAz-ın xəbərinə görə, 1956-cı il təvəllüdlü Məhəmməd Əlihudəyə kirayə qaldığı Nəsimi rayonu, 28 may küçəsi, ev 4-də  keçinib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə aparılıb.

 

Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbi bilinəcək. 

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb.