Polis və DTX Astarada əməliyyat keçirib, 4 ədəd avtomat aşkar edilərək götürülüb

Polis və DTX Astarada əməliyyat keçirib

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 09 Avqust 2018, 12:04

Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

 

Bu barədə İnterAz-a DİN-dən məlumat verilib.

 

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.