Azərbaycanın əməkdar artisti vəfat edib

Əməkdar artist Həsənağa Abbasquliyev dünyasını dəyişib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 09 Avqust 2018, 17:26

Əməkdar artist Həsənağa Abbasquliyev dünyasını dəyişib.

 

İnterAz milli.az-a istinadən xəbər veriri ki, bu haqda  mərhumun nəvəsi məlumat verib. O, bildirib ki, babası heç bir xəstəlikdən əziyyət çəkməyib:

 

"Ciddi bir xəstəliyi yox idi. Ciyərlərinə su yığılmışdı, 3 gün öncə rəhmətə getdi. Yaşasaydı, bu ayın 12-də 80 yaşını qeyd edəcəkdi”.

 

Qeyd edək ki, bu gün mərhumun 3 mərasimidir. Yas mərasimi Biləcəridə keçirilir.

 

Allah rəhmət eləsin!