Gəncədə körpə doğuş zamanı ölüb

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 10:12

Gəncə şəhərində körpə doğuş zamanı ölüb.

 

İnterAz-ın "Report"-a istinadən məlumatına görə, hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib. 

 

Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb.  Körpənin ölüm səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.