Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılacaq

Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 11:37

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

 

İnterAz-ın məlumatına görə, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:

 

“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.

 

Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.