Daşkəsəndə yeniyetmə çayda boğulub

Faktla bağlı araşdırma aparılır

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 11:52

Daşkəsən rayonunda yeniyetmə çayda boğulub.

 

İnterAz-ın "Report"-a istinadən məlumatına görə, hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Hələlik kimliyi məlum olmayan 15-16 yaşlı yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.

 

Faktla bağlı araşdırma aparılır.