Bakıda ofisdən 3000 manatlıq elektrik naqili oğurlanıb

Bakı şəhər sakinləri Vasif Əliyev və bir yeniyetmə saxlanılıb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 13:23

Bakıda ofisdən 3000 manatlıq elektrik naqili oğurlanıb.

 

İnterAz Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisindəki ofislərin birindən 3000 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vasif Əliyev və bir yeniyetmə saxlanılıb.