Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 13:29

Səhiyyə naziri Oqtay Şirəliyev Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay Kürdəmir, Ağsu rayon sakinlərini qəbul edib.

 

Bu barədə İnterAz-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

 

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.