Sabahdan azərbaycanlı zəvvarlar həccə gedir

Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 10 Avqust 2018, 17:34

Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq. Belə ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər.

 

Bəs bu il nə qədər zəvvar Həcc ziyarətinə yola düşəcək?

 

İnterAz xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsindən Modern.az saytına  verilən məlumata görə, Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub: “Bu il Həcc ziyarətinə 1440 nəfər gedəcək”.

 

Qeyd edək ki, builki zəvvarların sayı ötən illə müqayisədə çoxdur.  2017-ci ildə 900 , 2016-cı ildə isə 1040 azərbaycanlı zəvvar ziyarətə getmişdi.