Hava ilə işləyən avtomobil yaradılıb

Avtomobilin istehsalına min dollar civarında pul xərclənib və saatda 40 km sürətlə hərəkət edir

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 14 Avqust 2018, 10:18

Qahirədə - Helvan Universitetində təhsil alan bir qrup tələbə sıxılmış oksigenlə işləyən avtomobillərini təqdim ediblər.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, avtomobil hələlik prototip səviyyəsindədir və hava ilə işləyir.

 

Avtomobilin istehsalına min dollar civarında pul xərclənib və saatda 40 km sürətlə hərəkət edir.

 

Tələbələr əmindirlər ki, üzərində işləməklə bir nəfərlik avtomobilin sürətini 100km/saata qədər artırmaq olar.

 

Ölkə mətbuatına açıqlama verən avtomobilin yaradıcılarından Mahmud Yasser maşının yanacaq probleminə çarə tapacağına inanır.