Sabah Gəncənin qaz təchizatında məhdudiyyət olacaq

Qazın kəsilməsi saat 10:00-dan saat 18:00-a qədər davam edəcək

Bakı,, Gülnarә Quliyeva, İnteraz - 15 Avqust 2018, 17:28

Sabah Gəncə şəhərinin təbii qazla təchizatında məhdudiyyət yaranacaq. 

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən İnterAz-a verilən məlumata görə, məhdudiyyət istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar olacaq.

 

Qazın kəsilməsi saat 10:00-dan saat 18:00-a qədər davam edəcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.