TIR sürücüsü Azərbaycanın gömrük işçisini və üç xarici vətəndaşı bıçaqlayıb

Yaralılara tibbi yardım göstərilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Avqust 2018, 17:03

Bakıda Belarus vətəndaşı Azərbaycanın gömrük işçisini və üç xarici vətəndaşı bıçaqlayıb.

 

İnterAz-ın “Report”a istinadən xəbərinə görə, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalında qeydə alınıb.

 

Belarus vətəndaşı, 36 yaşlı Astauk Valeriy Nikolayeviç həmyerlisi Vladimir Balintə, Ukrayna vətəndaşları Vasso Mixaylova və Roma Matvyuka, həmçinin terminalın işçisi Emil Əliyarbəyova bıçaqla xəsarət yetirib.

 

A.Nikolayeviç polislər tərəfindən saxlanılıb.

 

Yaralılara tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, hadisəni törədən şəxs və xəsarət alan Belarus və Ukrayna vətəndaşları TIR sürücüləridir.