Azərbaycanda güclü zəlzələ baş verib

Zəlzələnin maqnitudası 3,7 bal, dərinliyi isə 16 km olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Sentyabr 2018, 08:51

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a verilən məlumata görə, yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

 

Zəlzələnin maqnitudası 3,7 bal, dərinliyi isə 16 km olub.

 

Yeraltı təkanlar episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.