Bu marşrutların hərəkət sxemində dəyişiklik edilib

Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Sentyabr 2018, 09:11

7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

 

Bakı Nəqliyyat Agentliyindən İnterAz-a verilən məlumata görə, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından - Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.

 

Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.