Jurnalist Nigar İsmayılqızı 34 yaşında vəfat edib

2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da telviziya sahəsində işləyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 11:34

Jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızı ağır xəstəlikdən sonra 34 yaşında vəfat edib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.

 

İsmayılova Nigar İsmayıl qızı 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da telviziya sahəsində işləyib.

 

Allah rəhmət eləsin!