Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirir.

 

Bu barədə İnterAz-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı ölkədə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

 

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.