Naxçıvanda Avropa günləri keçiriləcək

Festival konsert proqramı ilə yekunlaşacaq

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 14 Sentyabr 2018, 16:04

Sentyabrın 21-23 tarixlərində Naxçıvanda Avropa günləri keçiriləcək.

 

Bu barədə İnterAz-a Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyindən məlumat verilib.

 

Bildirilib ki, Avropa günlərinə Avropa İttifaqına üzv 20-ə yaxın dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gedəcəklər.

 

Naxçıvanda keçiriləcək Avropa günləri çərçivəsində məktəblərdə, universitetlərdə, ictimai yerlərdə görüşlər təşkil ediləcək. Bununla yanaşı Naxçıvanda “Avropa Şəhərciyi” də açılacaq.

 

“Avropa Şəhərciyi”  Naxçıvanın bütün əhalisi üçün açıq olacaq. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.

 

Festival konsert proqramı ilə yekunlaşacaq.

 

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə bu günə kimi Lənkəran, Gəncə, Şəkidə  Avropa günləri təşkil edib.