Orfoqrafiya qaydalarında təklifi qəbul olunmayan dəyişikliklərin siyahısı

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensa

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 16:51

Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilməyən maddələrinin tam siyahısı açıqlanıb.

 

İnterAz AMEA Nəsimi adına Dilçilik İnstitutundan daxil olan siyahını təqdim edir:

 

1. Maddə 34: Ərəb mənşəli –iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa y samitlərindən birinin düşməsi.

 

2. Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa m hərflərindən birinin düşməsi:

 

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensa.

 

Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər)

 

3. Maddə 67: Apostrofun ləğvindən sonra sözlərdə heca yerinin dəyişməsi.

 

Köhnə variant: sür′-ət, cür′-ət, məş′əl, Kən′-an və s.

 

Təklif olunan variant: sü-rət, cü-rət, mə-şəl, Kə-nan və s.