Bakıda 11 məktəbə yeni direktorlar təyin olunub

Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 17:09

Bakıda 11 məktəbə yeni direktorlar təyin olunub.

 

İnterAz xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

 

Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.

 

“Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.