Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Sentyabr 2018, 08:51

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

 

Xətai rayon Polis İdarəsindən İnterAz-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.