Bakıda ikinci sinif şagirdi dərs zamanı ölüb

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi tibbi-ekspertizanın rəyindən sonra məlum olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Sentyabr 2018, 12:04

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə şagird dərs zamanı vəfat edib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə “Report”a məktəbdən məlumat verilib.

 

“Böyük təəssüf hissi ilə nəzərinizə çatdırıram ki, məktəbimizin II "ğ" sinif şagirdi 12.06.2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu bu il sentyabrın 24-də saat 16:40 radələrində vəfat edib. Şagird özünü narahat hiss eden anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin təəssüf ki, kömək etmək mümkün olmayıb”, - məktəbdən bildirilib.

 

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi tibbi-ekspertizanın rəyindən sonra məlum olacaq.