Yolun ortasında meyitin olduğu çarpayı aşkarlandı (VİDEO)

Qətli törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 06 Oktyabr 2018, 13:52

Səudiyyə Ərəbistanında avtomobil magistralının düz ortasında kişi meyitinin olduğu çarpayı aşkarlanıb.

Polislər və ekspertlər çarpayıda pulemyotla qətlə yetirilən qanunsuz miqrantın meyitinin olduğu qənaətinə gəliblər.

Polisdən bildiriblər ki, qətli törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb. (Oxu.az)