Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti yaranmasının 98-ci ildönümünü qeyd edir

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır.

Bakı, , Səbuhi Vaqifoğlu, İnteraz - 10 Oktyabr 2018, 15:55

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır.

 

İnterAz-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti yaranmasının 98-ci ildönümünü qeyd edir.

 

Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Mərhum prezident Heydər Əliyevin 5 oktyabr 2002-ci il tarixli sərəncamı ilə 10 oktyabr yanğınsöndürənlərin peşə bayramı günü kimi təsis edilib. Böyük tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyəti indi bütün ölkəni əhatə edir. Qarabağ müharibəsində 24 yanğınsöndürən şəhid olub, onlardan 2-si Milli Qəhrəmandır.