Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Azərbaycanlı tələbələrin bizim universitetlərə daha çox maraq göstərməsi üçün hər şeyi edirik

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 12:14

"Hazırda Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Azərbaycanlı tələbələrin bizim universitetlərə daha çox maraq göstərməsi üçün hər şeyi edirik".

 

İnterAz xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda açılan 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində "Report"un sualını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, humanitar əməkdaşlıq Rusiya üçün prioritet istiqamətlərdən biridir.

 

Səfir həmçinin qeyd edib ki, universitetlər səviyyəsində ayrı-ayrı əlaqələr də humanitar sahədə inkişafa təkan verir və bu işdə 2015-ci ildə yaradılan Azərbaycan və Rusiya Universitetləri Assosiasiyası xüsusi rol oynayır.