Ov etmək qadağan olunan ərazilərin adları açıqlanıb

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 14:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov etmək qadağan olunan ərazilərin adlarını açıqlayıb.

 

Nazirlikdən İnterAz-a verilən məlumata görə, bu ərazilər aşağıdakılardır:

 

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;

 

Xəzər dənizinin adaları;

 

yaşıl zonalar;

 

şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;

 

xüsusi mühafizə olunan ərazilər;

 

sanitar-mühafizə zonaları.