Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb

Həmin şəxslər arasında ölkəmizə turist kimi gələn əcnəbi vətəndaşlar da var

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 15:48

Son 6 ay ərzində qanunsuz ov edən 63 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

 

İnterAz-ın məlumatına görə, bu barədə nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

 

H.Əlizadənin sözlərinə görə, saxlanılan şəxslərdən 56 tüfəng, 110-dan artıq patron aşkar edilərək götürülüb:

 

"Həmin şəxslər arasında ölkəmizə turist kimi gələn əcnəbi vətəndaşlar da var. Əsasən qanunsuz ov son 3 ayda artıb. Son 3 ayda 50-yə qədər vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb".