Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq

Meşəni biz mühafizə etsək, o özü-özünü bərpa edəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 16:10

"Növbəti günlərdə Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq".

 

İnterAz xəbər verir ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

 

"Meşələr mühafizə olunmalıdır. Meşəni biz mühafizə etsək, o özü-özünü bərpa edəcək", - nazir müavini əlavə edib.