“Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı nəşrə hazırlanıb

Yeni kataloqun yaxın vaxtlarda işıq üzü görəcəyi planlaşdırılır

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 11 Oktyabr 2018, 16:16

AMEA Geologiya və Geofizika İnstitutu alimlərinin birgə səyi ilə “Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı çapa hazırlanıb.

 

İnterAz xəbər verir ki, bu buraxılışda son 10 ildə qeydə alınmış 28 palçıq vulkanının püskürmələrinə dair məlumat verilir. Ümumiyyətlə, Azərbaycanın 93 palçıq vulkanında son 200 ildə 418 püskürmə qeydə alınıb. 

 

AMEA GGİ-nin Palçıq vulkanizmi şöbəsinin rəhbəri, g.-m.e.d., Əməkdar elm xadimi, professor Adil Əliyev xatırladıb ki, Azərbaycanın palçıq vulkanlarının qeydə alınmış püskürmələrinin kiçik həcmli (33 səh.) kataloqu (Əhəd Yaqubov və digər alimlərin müəllifliyilə) 1974-cü ildə çap edilib. Palçıq vulkanları və onların qeydə alınmış püskürmələri haqqında daha ətraflı məlumat 2002-ci ildə, 1810-2001-ci illəri əhatə edən kataloq (müəlliflər: Adil Əliyev, İbrahim Quliyev, İqor Belov) 2002-ci ildə çapdan çıxıb. Həmin kataloqun 109 səhifədən ibarət ikinci buraxılışı (1810-2007-ci illəri əhatə edən) 2009-cu ildə nəşr olunub. (müəlliflər: Adil Əliyev, İbrahim Quliyev, Rahid Rəhmanov). Kataloqda Azərbaycan palçıq vulkanlarının təsnifatı, onların yerləşdiyi ərazilərin geoloji xüsusiyyətləri, püskürmə məhsullarının geokimyası, püskürmələrin səciyyəvi təsviri və s. öz əksini tapıb.

 

Yeni kataloqun yaxın vaxtlarda işıq üzü görəcəyi planlaşdırılır.