Gömrükçülər mobil telefonların gizlin şəkildə ölkəyə gətirilməsinin qarşısını alıblar

Faktla bağlı araşdırma aparılır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Oktyabr 2018, 10:32

Gömrükçülər mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

 

DGK-dan İnterAz-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

 

Baxış zamanı, Rusiya Federasiyası istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411" markalı mobil telefon aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.