Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb

Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2018, 14:16

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, sabah, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. 

 

Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 15-17°, gündüz  20-25° isti təşkil edəcək. Bakıda  gecə  15-17°, gündüz  23-25° isti olacaq. 

 

Atmosfer  təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75%, gündüz  55-60% olacaq. 

 

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Lakin Naxçıvan Muxtar Respublikasında və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.