Mağazada arvadını yandırıb öldürən şəxsə 18 il cəza verilib

Məhkəmənin hökmü ilə M.Müzəffərov 18 il azadlıqdan məhrum edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Oktyabr 2018, 13:57

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə M.Müzəffərov 18 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, bu il Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında mağazada M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanı benzinlə yandırıb.

 

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.