Badamdar sürüşmə zonasında son vəziyyət açıqlanıb

Dünən Badamdar ərazisinə baxış keçirilib və aktivlik qeydə alınmayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 12:52

Badamdar şosesindəki sürüşmə zonasında ciddi dəyişiklik yoxdur.

 

İnterAz xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. 

 

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdiriləcək:

 

“İstənilən sürüşməyə meyilli ərazilərdə atmosfer çöküntüləri olduqda aktivlik bir az da artır. Yağış yağsa da, ərazidə güclü aktivlik yoxdur. Dünən Badamdar ərazisinə baxış keçirilib və aktivlik qeydə alınmayıb. Bu gün yenidən əraziyə baxış keçiriləcək”.

 

Əziz Qaralov qeyd edib ki, Bakının müxtəlif ərazilərində sürüşmə prosesində güclü aktivlik qeydə alınmayıb.