İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 14:28

Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb. 

 

Bu barədə İnterAz-a xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

 

DSX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb.

 

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.