Bakıda binalar bayrağa bürünüb

Azərbaycanın bir çox bölgələrində olduğu kimi, paytaxt Bakıda da insanlar arasında yüksək vətənpərvərlik ab-havası hiss olunur

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 11:17

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

 

İnterAz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

 

Azərbaycanın bir çox bölgələrində olduğu kimi, paytaxt Bakıda da insanlar arasında yüksək vətənpərvərlik ab-havası hiss olunur.

 

Paytaxtın əksər hissələrində yerləşən hündürmərtəbəli yaşayış binalarının eyvanlarında, ali təhsil müəssisələrinin pəncərələrində Azərbaycan bayraqları asılıb.