Paytaxtda daha bir süpürgəçi avtomobillə vurulub

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 09:22

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

 

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

 

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.