Sumqayıtda 26 yaşlı gənc özünü asıb

Belə ki, Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Paşayev Tamerlan Telman oğlu yaşadığı evdə özünü kəndirlə asıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 08:54

Sumqayıtda intihar hadisəsi baş verib.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Yaşıldərə" yaşayış massivində baş verib.

 

Belə ki, Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Paşayev Tamerlan Telman oğlu yaşadığı evdə özünü kəndirlə asıb.

 

Faktla bağlı araşdırma aparılır.