Bakıda maşın vuran süpürgəçi dünyasını dəyişib

Maşın vuran süpürgəçi öldü

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 11:15

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında daha bir süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında süpürgəçi işləyən 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı ağır xəsarət aldığından 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova İnterAz-a bildirib ki, yaralının vəziyyəti ağır olduğundan xəstəxanada dünyasını dəyişib:

 

“Xəstəxanaya aparılan zaman vəziyyəti ağır idi. Əməliyyat olunsa da, həyatını qurtarmaq mümkün olmayıb”.