Bakı sakininin avtomobilini ələ keçirən şəxs saxlanılıb

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Orxan Şərəfxanov polis əməkdaşları tərəfindən saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 11:50

Bakıda avtomobili ələ keçirən şəxs saxlanılıb. 

 

Daxili İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq “Peugeot” markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Orxan Şərəfxanov polis əməkdaşları tərəfindən saxlanılıb.