Quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 12:00

Polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb.

 

DİN Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Bundan başqa, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə, onun dekabrın 3-nə keçən gecə şəhər ərazisində “Mercedes” markalı 8 avtomobildən oğurluq etdiyi də müəyyən edilib.

 

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.