Bakıda qəzaya uğrayan avtobusda xəsarət alanların adları və vəziyyəti

Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 12:19

Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib.

 

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hər üç şəxs kəllə-beyin travması ilə xəstəxanaya daxil olublar. Şagirdin vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xatırladaq ki, dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

 

Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.