Miniatür Kitab Muzeyinin Naxçıvanda filialı açılılıb

Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin tələbələrinin iştirakı ilə MKM-nın Naxçıvan filialının açılışı olub

Bakı, Şirməmməd Nəzərli, İlkin Məmmədov, İnteraz - 18 Dekabr 2014, 13:18

Bu gün Naxçıvanda Məmməd Səid Ordubadi adına kitabxanasında Miniatür Kitab Muzeyinin (MKM) filialının açılış mərasimi olub.

 

İnterAz xəbər verir ki, açılış mərasimində Naxçıvan Ali Məclsi Aparatının rəhbəri Əli Həsənov, Muxtar Respublika ərazisində kitabxana sisteminin təkmilləşdrilməsi ilə bağlı tədbirləri nəzərə çatdırıb. Bildirilib ki, M.S.Ordubadi adına Respublika kitabxanasında hazırda 4 bölmə, 10 şöbə fəaliyyət göstərir və burada 150 min kitab saxlanılır. Bu gün yaradılan yeni şöbə hesabına kitabxana fondu daha da zənginləşəcək.

 

Muxtar Respublika Yazıçılar Birliyinin sədri Asim Yadigar, Azərbaycan prezidenti katibliyinin rəisi Dilara Seyidzadə və Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salaho kitab mədəniyyəti xüsusəndə minatür kitabla bağlı bilgilərini bölüşüblər.

 

Bildirilib ki, Bakıda MKM Ginnesin rekordalar kitabina namizədlər sırasındadır. Bakıda Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də fəaliyyətə başlayıb. Muzey Zərifə Salahovanın 20 ildən çox bir müddət ərzində toplamış olduğu nadir kolleksiya əsasında yaradılıb.


Muzeyin 38 vitrinində 66 ölkədə nəşr edilmiş 5 704 miniatür kitab düzülüb. 12 il ərzində müzeyə 231 min nəfər baxıb. Muzeyə daxil olan kitabların sayı hər ay artır.

 

Tədbirin sonunda Naxçıvan icitmaiyyətinin nümayəndələrinin, Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin tələbələrinin iştirakı ilə MKM-nın Naxçıvan filialının açılışı olub.

 

Bildiriək ki, filial ilkin olaraq Bakıdan gətirilmiş 1000 ədəd və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kolleksiyasinda 83 minatur kitabda ibarətdir.