20 Yanvar Azərbaycanın ən ciddi tarixlərindən biridir – İlqar İbrahimoğlu

“Azərbaycan insanının bugünkü müasir dövrdə müstəqil olması həmin şəhid qanlarının bərəkətidir”

Bakı, Şahverdi Şirinli, İlkin Məmmədov, İnteraz - 20 Yanvar 2015, 10:49

"Bir çoxlarımız üçün geriyə dönməz bir mərhələ o zaman başlandı".

 

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri hacı İlqar İbrahimoğlu 20 Yanvar qətliamı ilə bağlı İnterAz-a müsahibə verib.

 

20 Yanvar şəhidlərinin atdığı addımların əhəmiyyətli olduğunu vurğulayan hacı İlqar İbrahimoğlu bildirib: “20 Yanvar Azərbaycanın ən ciddi tarixlərindən biridir. Özünüdərkin, özünütanımanın ən önəmli günlərindən biridir. Həmin gün fərqinə vardıq ki, Sovet İmpreiyasının mahiyyəti nədir. Bir çoxlarımız üçün geriyə dönməz bir mərhələ o zaman başlandı. Azərbaycan insanının bugünkü müasir dövrdə müstəqil olması həmin şəhid qanlarının bərəkətidir”.