• 08:33

Şəkər xəstəliyinin əməliyyatla çarəsi tapıldı

Müalicə ilə şəfa tapa bilməyən xəstələrə müjdə!

Bakı, Tural Səftərov, İnteraz - 09 Noyabr 2013, 14:41

Şəkər xəstəliyinın əməliyyatla çarəsi tapılıb. İnterAz-ın türk mətbuatına istinadən yaydığı xəbərə görə, cərrahiyyə mütəxəssisi Dr. Alper Çelik, diabet xəstələrinə  "ileal interpozisiya" əməliyyatı ilə müalicə tətbiq etdiklərini deyir. Bu günə qədər 400 xəstə əməliyyatla müalicə edilib.

 

Əməliyyat etdikləri xəstələrin hamısının müqavimətli diabet xəstələri olduğunu izah edən həkim, Türkiyədə effektiv, radikal və şüurlu müalicə gözləyən milyonlarla şəkər xəstəsi olduğunu, ən güclü müalicənin də tip- 2 diabet üçün cərrahi müalicə olduğunu ifadə edib.

 

''18-65 yaş arasında müalicə, pəhriz dərman müalicəsi, insulin və məşqlə qan şəkərini salmağı bacara bilməmiş, nəticə ala bilməmiş və artıq orqan ziyanı ortaya çıxmış diabet xəstələrinə bu cərrahı müdaxilə tətbiq ediləcək" - həkim belə deyib.  Mütəxəssis deyir ki, xəstə əgər qan şəkərini nəzarət altında saxla bilirsə, pəhrizini və  məşqini edə bilirsə, dərmanlardan-insulindən fayda görmüşsə, biz onsuz da bu fərdləri əməliyyat etmirik və əməliyyat da təklif etmirik. İnsülin istifadəsi ilə əlaqədar uyğunlaşma problemləri yaşanırsa, ya da insulinlə bağlı yan təsirlər ortaya çıxmağa başlamışsa, əməliyyat əhəmiyyətlidir.'

 

Həkim, Braziliya, İtaliya, Amerika, Yaponiya, Hindistanda əməliyyatın həyata keçirildiyini söyləyib. 

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus

Lent