“Bağışla, gələ bilmədim” filminin təqdimatı keçirilib - Foto

Əhli-beyt məddahı Aqşin Fatehin “Bağışla, gələ bilmədim” filminin təqdimat mərasimi keçirilib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 30 Oktyabr 2015, 16:33

Bu gün Bakıda "Salam Aleykum" restoranında tanınmış Əhli-beyt məddahı Aqşin Fatehin “Bağışla, gələ bilmədim” filminin təqdimatı keçirilib.

 

İnterAz xəbər verir ki, Aqşin Fatehin ideya müəllifi olduğu və rejissorlar Faiq Kərimoğlu, Ramin Asimoğlunun çəkdiyi “Kərbəla” filmində əsas rollarda Rasim Balayev, Şamil Süleymanov, Təvəkkül Əliyev, Böyükxanım Əliyeva, Cavid Aydınov, Şəhriyar Məcidi, Aqşin Fateh və digərləri çıxış edir.

 

26 dəqiqə davam edən filmdə İmam Hüseynin (ə) Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin (ə) şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır.

 

Təqdimat mərasimində filmin yaradıcı heyyəti, media və ictimaiyyət nümayəndələri iştirak edib.