Nizami Kino Mərkəzi repertuarda olan bütün filmlərin nümayişini dayandırdı

Gün ərzində Vahid Mustafayevin Qarabağ müharibəsindən bəhs edən “Xoca” filmi nümayiş olunacaq

Bakı, Zaurə Əmirova, İnteraz - 25 Fevral 2016, 16:40

Fevralın 26-da Xocalı soyqırımının 24-cü ildönümü olə əlaqədar Nizami Kino Mərkəzi repertuarda olan bütün film həmin nümayişini dayandıracaq. InterAz-ın verdiyi xəbərə görə, gün ərzində Vahid Mustafayevin Qarabağ müharibəsindən bəhs edən “Xoca” filmi nümayiş olunacaq. Seanslar saat 12:00-da və 14:30 –da keçiriləcək. Filmlərə giriş sərbəstdir.

Həmçinin, həmin gün Xocalı soyqırımı ilə bağlı dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli qəhr əmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan “İlk komandir”, “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmlərinin təqdimatı olacaq.

Tədbirdə kino xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, “İlk komandir” və “Pəhləvan komandir” filmlərinin rejissoru Nizami Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.  Bu aksiya və tədbirlər Nizami Kino Mərkəzinin, Xocalı Faciəsində günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiramıdır.