GoMap.az xəritəsində Azərbaycanda ilk dəfə ictimai nəqliyyatda marşrut cızmaq imkanı yaradıldı

GoMap.az elektron xəritəsinə 120 mindən artıq maraq nöqtəsi daxildir

Bakı, Orxan Kərimov, İnteraz - 06 Dekabr 2013, 12:41

Azərbaycanda ilk dəfə olaraq ictimai nəqliyyatdan istifadə etməklə marşrut cızmaq imkanı GoMap.az elektron xəritəsində yaradılib.

 

İnterAz-ın məlumatına görə, indiyədək Azərbaycanın əks olunduğu bütün elektron xəritələrdə yalnız avtomobil vasitəsilə və ya piyada hərəkət etmək üçün marşrut cızmaq imkanı vardı. Gomap.az-da tətbiq edilən yeni funksional vasitəsilə hər bir istifadəçi A nöqtəsindən B nöqtəsinə hərəkət etmək üçün avtobus və metro kimi ictimai nəqliyyat vasitələrindən etməklə öz fərdi marşrutunu hazırlaya bilər. Yeni funksionaldan Gomap.az saytının mobil versiyalarında da istifadə etmək mümkündür. 

 

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə SINAM şirkəti tərəfindən yaradılan GoMap.az hazırda Azərbaycanı və Gürcüstanı əhatə edir.

 

GoMap.az elektron xəritəsinə 120 mindən artıq maraq nöqtəsi (POI), 8,4 mindən artıq yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə üzrə ünvan məlumatları, 1 milyondan artıq bina və tikililər, 47 mindən artıq yol və yol qovşaqları (xarakteristikaları və yol hərəkət qaydaları daxil olmaqla) və s. daxildir. Eləcə də GoMap.az xəritəsi üzərində bazada olan 100 000 obyekin foto şəkillərini seyr etmək olar.

 

Hazırda GoMap.az mobil versiyasl vasitəsilə bütün aparıcı platformalarda (Android, İos, Bada, Windows) istifadə etmək mümkündür. 2013-cü ildə  GoMap.Az elektron xəritəsinin Android və iOS platformalarında işləyən aplikeyşinləri də hazırlanıb və App Stor, Play Market və Google marketdən endirilərək müstəqil proqram kimi işləyirlər.

 

GoMap.Az xəritəsinin üzərindən yaradılmış bir məhsul kimi "Yollar" naviqator proqramı da istifadədədir. Smartfonlarda və naviqator cihazlarında (PND) işləyir.