Gəncədə 6 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçirilib

05 Iyun 2014, 14:21

"Gəncədə Azərbaycan, Türkiyə, Kipr, İran, Rusiya və Gürcüstan elm adamlarının bir yerə toplanması, “Riyaziyyat və İKT tətbiq sahələri, yeni tədris texnologiyaları” mövzusunda beynəlxalq konfransa qoşulması yeniliklər gətirəcək".

Əbülfəs Qarayev türkiyəli həmkarı ilə görüşüb

05 Iyun 2014, 14:08

İki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, əməkdaşlıq proqramının hazırlanması, UNESCO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, bu ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə Mədəniyyət Günləri və s. məsələlər müzakirə olunub.

Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti imtahan keçirilib

05 Iyun 2014, 13:39

Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 99 namizəddən 15 nəfəri qadın olmaqla, 72-si Bakı Dövlət Universitetinin, 10-u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 8-i Naxçıvan Dövlət Universitetinin, 9-u isə digər ali təhsil müəssisələrinin məzunlarıdır. Onlardan 5 namizəd magistraturanı bitirib, 16-sı hazırda magistratura pilləsində təhsil alır, 14 namizəd isə ali təhsil müəssisələrini fərqlənmə ilə bitirib.

QMİ sədri Səudiyyə Ərəbistanı Şura Məclisindəki Azərbaycan Dostluq Qrupunun üzvləri ilə görüşüb

05 Iyun 2014, 13:27

QMİ sədri bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daim inkişaf edir. Bu sahədə hər iki ölkənin səfirliklərinin xüsusi rolu var. O, Səudiyyə Ərəbistanına etdiyi səfərləri, həmçinin ümummilli lider Heydər Əliyevlə birlikdə Məkkədə müqəddəs Kəbə Evininin içini ziyarət etdiklərini xatırladıb.

İlk buraxılış imtahanlarının tarixi bəlli oldu

05 Iyun 2014, 12:51

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

44 yaşlı sərxoş Bakıda bomba həyəcanı yaşatdı

05 Iyun 2014, 12:48

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilərək saxlanılıb.

Sabah hava necə olacaq?

05 Iyun 2014, 12:28

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Hava əsasən yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

ƏƏSMN-də Aİ-nin Tvinninq layihəsi üzrə görüləcək işlər müzakirə olunub - Foto

05 Iyun 2014, 12:20

Layihənin məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının qabaqcıl Avropa ölkələrinin müvafiq təcrübəsi əsasında təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsidir.

Magistraturaya ixtisaslaşma seçiminin nəticələri bu gün axşam elan olunacaq

05 Iyun 2014, 12:09

Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

"Böyük yeddilik" Suriyadan qayıdan radikallara qarşı “Birgə fəaliyyət planı” nəzərdə tutub

05 Iyun 2014, 11:46

Bu gün Brüsseldə "Böyük yeddiliyin mətbuat konfransında Fransa lideri radikallara qarşı yeni planın həyata keçiriləcəyindən xəbər verib və bunun davam etdiriləcəyini deyib.

İmişlidə dəhşətli qəza: baba və nənə öldü, 6 yaşlı nəvə yaralandı

05 Iyun 2014, 11:40

Hadisə İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib. “Mercedes” markalı avtomobil sərt döngədə idarəetməni itirib və aşaraq yoldan kənara yuvarlanıb.

Türkiyədə şagirdlər üçün Türk Dünyası Bilik Olimpiadası keçirilir - Foto

05 Iyun 2014, 11:16

Tədbirdə 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Guzey Kipr Türk Cumhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edir.

Tərtərdə maşın oğruları saxlanılıb

05 Iyun 2014, 11:11

Faktla bağlı AR CM-nin 180–cı maddəsi ilə cinayət işi başlayıb.

Lent

Ən çox oxunan