20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan ərazisində bir dəqiqəlik sükutla yad edilib

20 Yanvar 2014, 12:05

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Penitensiar Xidmətin maddi-texniki bazası gücləndirilir - Mədət Quliyev

20 Yanvar 2014, 11:54

"Azərbaycanda Penitensiar Xidmətə işə qəbul prosesi tam şəffaf şəkildə həyata keçirilir".

"Hamımız bugünümüzə görə onlara borcluyuq" - Hacı Şahin

20 Yanvar 2014, 11:37

İlahiyyatçı deyib ki, onların sayəsində yaşayıb yaradırıq. Allah bu qanları yerdə qoymasın, istiqlaliyyətimizi daimi, birliyimizi möhkəm, Vətənimizi əzəmətli eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlik ruhiyyəsini yaşatmağı bizə inayət eləsin!

Üstündən yüz illər keçsə də millətimiz bu şanlı günü daim xatırlayacaq - deputat

20 Yanvar 2014, 11:21

Milli Məclisin deputatı İqbal Məmmədov 20 yanvar faciəsinin 24-cü ildönümü münasibəti ilə öz facebook statustanda məlumat paylaşıb.

Qanlı və canlı 20 yanvar...

20 Yanvar 2014, 11:15

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, İlahiyyatçı-filosof İlqar İbrahimoğlu 20 yanvar faciəsinin 24-cü il dönümü ilə bağlı məqalə yazıb.

Ərtoğrol Cavidin 95 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcək

20 Yanvar 2014, 11:06

Ərtoğrol Cavidin şəxsi arxivində saxlanan materiallar əsasında hazırlanan “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin XI və XII cildlərinin nəşr edilməsi planlaşdırılır.

“Qarabağ müharibəsi əlilləri və veteranlarının təklifləri nəzərə alınacaq” - Nazir

20 Yanvar 2014, 10:53

Səlim Müslümov Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşdüyünü, onların təkliflərini dinlədiyini açıqlayıb.

Canlı: İnterAz-ın efirində Yasin surəsi və Şəhidlər Xiyabanından reportaj gedir

20 Yanvar 2014, 10:46

Bir neçə dəfə baş tutacaq canlı yayımda Qanlı Yanvar hadisələri bütün detalları ilə izləyicilərin ixtiyarina veriləcək.

20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına axın başlayıb

20 Yanvar 2014, 10:03

Azərbaycan ictimaiyyəti 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edir.

Bakıda "İntihar etmə!" flaşmobu keçirildi

20 Yanvar 2014, 09:28

Yanvarın 19-da Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Opera və Balet Teatrının qarşısında intiharlar əleyhinə flaş-mob keçirib.

Veteranlar Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2014, 09:22

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası rəyasət heyətinin üzvləri, Beynəlxalq Sülh və Humanitar Cəmiyyətinin sədri 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri düzüblər

Qafqaz Universitetində 20 yanvar faciəsi anılıb

20 Yanvar 2014, 09:07

Mərasimdə teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı “Sirdaş” proqramı nümayiş olunub. Müəllif öz çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləmiş, faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib.

Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

20 Yanvar 2014, 08:53

Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıllacaq.

Lent

Ən çox oxunan