Gələn ildən qəbul imtahanlarının keçirilmə tarixlərində dəyişikliklər ediləcək

27 Sentyabr 2013, 15:01

Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturanın birinci mərhələsinin də martda keçirilməsi, fevralda isə sənəd qəbulunun aparılması planlaşdırılır.

Əbülfəs Qarayev: "Azərbaycana yarım il ərzində 1 milyon 196 min turist gəlib"

27 Sentyabr 2013, 14:03

Ümumdünya turizm günü münasibətilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, əcnəbi və yerli turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Mikayıl Cabbarovun görüş vaxtı dəyişdi

27 Sentyabr 2013, 13:43

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 30 sentyabra planlaşdırlan Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Nazirlikdən İnterazTv-yə verilən məlumata görə, Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları oktyabrın 19-da qəbul edəcək.

Builki qəbul kampaniyasının yekun statistik rəqəmləri açıqlanıb

27 Sentyabr 2013, 13:15

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının yekunları ilə bağlı statistik rəqəmləri açıqlayıb.

Qurban bayramında ucuz qurbanlıq heyvanların satışı təşkil olunacaq

27 Sentyabr 2013, 13:06

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, bu məqsədlə adları qeyd edilən qurumlar tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakı ətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanları apreldə keçirilə bilər

27 Sentyabr 2013, 12:52

Azərbaycanda bəzi qəbul imtahanlarının keçiriləcəyi tarixlər dəyişdirilir.

Sabah Bakıda güclü şimal küləyi əsəcək

27 Sentyabr 2013, 12:08

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Fermerlər nədən şikayət edir?

27 Sentyabr 2013, 11:29

Fermerlər üzüm bağlarını suvarmaq üçün suvarma suyunun olmadığından bu il bağlardan kifayət qədər məhsul götürə bilmədiklərini, gübrələrin əldə edilməsinin çətinliyini və ən əsası isə min bir əziyyətlə başa gətirdikləri üzümü sata bilmədiklərini qeyd ediblər.

Bu gün Bakıda və bölgələrdə qaz kəsiləcək

27 Sentyabr 2013, 11:24

Bu gün paytaxtın bir sıra rayonlarında və bölgələrdə təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Xaricdə təhsil almaq üçün 601 namizəd seçilib - Təhsil Nazirliyi

27 Sentyabr 2013, 11:09

Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 119 namizəd barədə müsbət qərar qəbul olunub.

Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir – Səhiyyə Nazirliyi

27 Sentyabr 2013, 10:53

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə 2013-cü il sentyabr ayında start veriləcək.

Salyan və Neftçala seçki dairələrində hazırlıq işləri başa çatıb

27 Sentyabr 2013, 10:44

Seçki məntəqələrində səsvermə kabinələri quraşdırılıb, seçici siyahıları asılıb, bütün məntəqələrə şəffaf seçki qutuları paylanılıb.

“Kurtlar Vadisi Pusu”-da Polad Azərbaycandan danışdı

27 Sentyabr 2013, 10:40

Ötən gün Türkiyənin ATV kanalında yayımlanan, Azərbaycan tamaşaçıları arasında da populyar olan "Kurtlar Vadisi Pusu"Serialda Azərbaycan-Türkiyə münasibətlərinə toxunulub.

Lent

Ən çox oxunan